Dünyaİran

İranın İsrailə tarixdə ilk birbaşa hücumu haqqında

Aprelin 14-nə keçən gecə İran 300 pilotsuz təyyarə və ballistik raketlə İsrailə hücum etdi.

İsrail ordusunun mətbuat xidməti xəbər verir ki, onların 99%-i vurulub. ABŞ, Böyük Britaniya və İordaniya İsrailə İran pilotsuz təyyarələrini, əsasən, İsraildən kənarda – Suriya və İordaniya üzərində vurmağa kömək edib.

Hücum İranın iki həftə əvvəl Dəməşqdəki İran konsulluğuna SEPAH-nin 7 yüksəkrütbəli komandirinin ölümü ilə nəticələnən zərbəsinə İranın cavabı olub. İran prezidenti İsrailə zərbələri “qanuni özünümüdafiə haqqı” adlandırıb.

İsrail aprelin 14-də saat 01:00-dan hava məkanını bağladı və 07:30-da hava məkanı artıq açıldı. İranın bir neçə hava limanı aprelin 15-i səhərə qədər uçuşları təxirə salıb. İraq, Misir, Livan və İordaniya pilotsuz təyyarələr sərhədlərini keçdikdən sonra hava məkanını bağlayıb və hava hərəkətini dayandırıb. Hazırda ölkələrin hava məkanı açıqdır.

Səhər saatlarında israillilərə sığınacaqlarını tərk etməyə icazə verilib. Hava hücumu zamanı təşviş içində sığınacaqlara gedərkən 31 nəfər yaralanıb. Zərbələr ölkənin cənubundakı hərbi bazanın infrastrukturuna “kiçik ziyan” vurub.

İran hərbi liderləri hücumu “çox uğurlu” adlandıraraq, onun məqsədə çatdığını və cavab hücumu olacağı təqdirdə “daha böyük güclə” zərbə endirəcəklərini bildiriblər. İsrail “insidentin həll olunmadığını” bildirib.

İranın hücumu fonunda NATO, BMT, , ABŞ, İngiltərə, Kanada, Fransa, Almaniya, Ukrayna İsraili dəstəkləyib.

Çin, Qətər, Misir, Səudiyyə Ərəbistanı, Oman, Küveyt, BƏƏ, Azərbaycan, Qazaxıstan tərəfləri “eskalasiyanı dayandırmağa və maksimum təmkinli olmağa” çağırıb.

Bu gün İsrailin tələbi ilə İranın hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası keçiriləcək. Öz növbəsində İsrail hökuməti cavab zərbəsini müzakirə etməyi planlaşdırır.

#İsrail #İran

Related Articles

Bir cavab yazın

Back to top button