
Təşkilatın bəyanatında deyilir: “Bizim raketlərimiz sizi quruda vurduğu kimi, dənizdə də sizi gözləyən bir şeyimiz var .
Amerikanın İraqdakı bazalarını iranpərəst qrupların atəşə tutmasının intensivləşməsinə (oktyabrın 17-dən noyabrın 21-dək – 30 dəfə) baxsaq, bəyanatın adresatı Vaşinqtondur. ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması İraqın çıxışı olan Fars körfəzində yerləşdirilib.
Hizbullah əl-Nucəba Suriya və İraqda xüsusilə fəal olan İraq şiə yarımhərbi qruplaşmasıdır. Suriyada Bəşər Əsədi dəstəkləmək üçün Əkrəm əl-Kəabi tərəfindən 2013-cü ildə yaradılıb. Qrupa SEPAH-nin “Sepah-e-Qods” xüsusi bölməsi nəzarət edir.