Dünyaİran

İranın HƏMAS-a maliyyə yardımı ilə bağlı məktub ələ keçdi

İran hökumətinin son 6 il ərzində HƏMAS-a maliyyə yardımı ilə bağlı məlumatlar yayılıb.

“Times of London” nəşrinin məlumatına görə, Tehran HƏMAS silahlı-siyasi qruplaşmasına 2014-2020-ci illərdə 222 milyon dollar məbləğində pul verib.

Bu, İsrail ordusunun Qəzza zolağında müharibə zamanı ələ keçirdiyi məktubdan bəlli olub.

İsrail tərəfi bu məktub İranın HƏMAS-ı maliyyələşdirdiyinə dair tutarlı sübutdur.

İsrail kəşfiyyatının bildirdiyinə görə, İrandan HƏMAS-a maliyyə yardımı ən azı 2023-cü il oktyabrın 7-nə (HƏMAS-ın İsrailə hücum etdiyi) qədər davam edib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Fələstin İslami Cihad Hərəkatı”nın baş katibi Ziyad Nüxalə, İran hökumətinin onlara xüsusi silahlar verdiyini deyib.

Related Articles

Bir cavab yazın

Back to top button