Bu barədə “Royterz” məlumat yayıb.
Fransa XİN-i müvəqqəti işlər vəkilinə İranın Rusiyaya balistik raketlər göndərməsinə görə etiraz edib.
Qeyd edək ki, “Voll Strit Jurnal” Amerika və Avropadakı mənbələrə istinadən İran hökumətinin Rusiyaya balistik raketlər göndərməsi barədə məlumat yayıb.
Bundan sonra ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib, Almaniya, Britaniya və Fransa isə Tehranın bu hərəkətini pisləyən bəyanat yayıblar.