İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zuhuri Ermənistanın İsraildə səfirlik açmaq qərarına hörmətlkə yanaşdığını bildirib.
Bəzi qaynaqlardan əldə olunan məlumata görə, Ermənistan Tel-Avivdə deyil, Qodsda səfirlik açmaq niyyətindədir. Xatırladaq ki, İran İslam cumhuriyəti, İsrail ilə münasibətlərinə görə illərdir Quzey Azərbaycana çeşidli yollarla basqı edir, habelə qınayır.
Bildirək ki, İranın müsəlman icmalarına qarşı ikili standartları və bəzi müsəlman icmalarına qarşı törədilən vəhşiliklərə qarşı susmağı diqqəti cəlb edir. Bununla paralel qəsbkar ölkələrlə əməkdaşlığı İranın İslam dünyasını müdafiə etmək iddiasını şübhə altına alıb.
Yekdil müşahidəçilər hesab edirlər ki, İran şiəliyin məzhəb təfsirini İran-Fars düşüncəsinin genişlənməsi üçün bir vasitəyə çevirib.Pəhləvilər səltənətindən bezmiş kütlənin 1357-ci ildəki devrimi İslami İnqilab adına yiyələnən dini hakimiyyətin ilk gündən işğalçı və istimarçı rejimlərlə barışmayacağını hejmonilərindən birisi adlandırıb. Bəs gerçəkdə belədirmi? Qərb və Şərq dünyasının bütün mənfi- müsbət yönlərini qınayan İran İslam hakimiyyəti, yanlış ideolojiləri naminə qırx il boyunca ölkəni pis günə salıb. Qeyd edək ki, bir zamanlar Komonistlərə qarşı yaxa yırtan Molla rejiminin ən yaxın sirdaşları keçmiş Şurəvinin miyrasdarı Rusiyə, Çin, Kuba , habelə Quzey Korə ölkələridir və onlarla sıx qardaşlıq edir! İslam İnqilabının banisi Xumeyninin “İsrail yer üzündə silinməlidir” şuarının əksinə Ermənistanın Telavivdə yox, Beytulmüqəddəsdə səfirlik açmasına hörmətlə yanaşmaq Tehranın Rusiyadan nə dərəcə asılı olduğuna açıq aydın subutdur.