
Regional nəqliyyatşəbəkəsində əsas əlaqə nöqtəsi kimi bu şəhər İranın ticarət əlaqələrini gücləndirmək üçün imkanlar yaradıb”.
Media məqalədə Qafanın iqtisadi əhəmiyyəti və İran-Ermənistan münasibətlərindəki strateji mövqeydən söz açıb. İran mediası bildirib ki, “son zamanlar baş verən geosiyasi dəyişiklikləri nəzərə alaraq, Qafan marşrutu Tehranın Qafqaz bazarlarına çıxışı üçün vacib variantlardan birinə çevrilib”.
Saytda qeyd edilib ki, Qafan həm də fars dilinin təbliğ edilməsində mühüm rol oynayır. İran mediası vurğulayıb ki, Qafanda mədəni, iqtisadi və tranzit əlaqələrinin inkişafına sərmayə qoymaq Tehranın Qafqazdakı mövqeyini gücləndirməyə kömək edə bilər.