
İran gələn ay nefti Çinə “Brent” markalı neftdən 12 dollar aşağı qiymətə tədarük edəcək, Rusiya isə “Ural” markalı neftin qiymətinə 10 dollardan artıq endirim etmir.
İran faktiki olaraq öz neftinə 15% endirim təklif edir. Əgər İran qarşıdakı ayda Çinə gündə bir milyon barel neft çatdıra bilsə, sanksiyalardan yayınma xərclərini hesablamadan təkcə endirimdən 370 milyon dollardan çox zərər görəcək.