Site icon Aznews TV

​​İranın Britaniyada apardığı antisemitizm hərəkətləri barədə tədqiqat başlanıb

Həmin müəssisə İrana bağlı London şəhərindəki “Tövhid” Ocağının fəaliyyətlərini idarə edir.

BBC XA “Tövhid” Ocağında səsləndirilən “İsrailə ölüm!” şüarları və Əmmar Qərargahının Mərkəzi Şurasının üzvü Hüseyn Yekta ilə keçirdiyi onlayn iclas barədə məlumat yayıb.

Əmmar İslami Qərargahı Tehranda yerləşməklə İranın siyasi və mədəniyyət təşkilatlarından biri hesab olunur. SEPAH təşkilatın ona bağlı olduğunu dolayısı ilə təsdiqləyib.

Hüseyn Yekta 2020-ci ilin sentyabrında keçirilmiş iclas zamanı ingiltərəli tələbələrdən “atəşsiz müharibə zabitləri” olmalarını istəyib.

O, çıxış edərkən Holokost soyqırımını danaraq yəhudilərin bütün dünyada məhv olunmalarını istəyib. Komissiyanın sübut sənədləri sırasında SEPAH-nin keçmiş komandiri Səid Qasıminin də çıxışı müşahidə olunur.

Qasımi 2021-ci ilin yanvarında Britaniyanın İslami Tələbələrinin Assosiasiyası üçün çıxışı zamanı yəhudilərin sonuna çıxmaq üçün Qiyamət Günü döyüşünün başlanacağını qeyd edib.

Exit mobile version