
İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) daha 153 nəfər ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 54 156 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində həm də 6 261 nəfər koronavirisa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 177004 nəfərə çatıb. İranda indiyədək 914194 nəfər koronavirusdan sağalıb. Virus daşıyıcılarından 5 419 nəfərin vəziyyəti isə ağırdır.