Dünyaİran

İranın balistik raketləri tezliklə Rusiyaya göndəriləcək

Avropa rəsmiləri düşünürlər ki, İran istehsalı olan balistik raketlər tezliklə Rusiyaya çatdırılacaq.

Bu barədə “Bloomberg” nəşri yazıb.

“İslam Respublikası Rusiyanın Ukraynaya qarşı apardığı iki il yarımlıq müharibə ərzində Rusiyaya yüzlərlə pilotsuz təyyarə verib, ancaq ballistik raketlərin mümkün transferi bu müharibənin inkişafı barədə narahatlıqları artırıb”,- deyə “Bloomberg” adını açıqlamadağı mənbələrə istinadən bildirib.

Həmin mənbələr İrandan Rusiyaya ötürüləcək ballistik raketlərin tarixi və ya sayını açıqlamasa da, onlardan biri transferin yaxın bir neçə gün ərzində başlaya biləcəyini bildirib.

ABŞ Milli Təhlükəsizlik Şurası, İranın Xarici İşlər Nazirliyi və İran hökumətinin BMT-dəki nümayəndəliyi məsələ ilə bağlı “Bloomberg”in suallarına cavab verməyib.

Related Articles

Bir cavab yazın

Back to top button