
İran və Ərəbistanı arasında Bağdadda bir neçə mərhələ danışıqlar baş tutduğu bir vaxtda, İranın İraqdakı səfiri İrəc Məscidi danışıqların dayandırıldığını açıqlayıb.
Məscidi İran Radio-Televizyonuna bağlı ərəbdilli “Əl-Aləm” kanalına verdiyi açıqlamada, danışıqların dayandırılmasının səbəbinin İranda yeni dövlətin qurulması ilə üst-üstə düşdüyünü bildirərək qeyd edib: “Yeni dövlət qurulduqdan sonra danışıqların davam etdirilməsi ilə bağlı qərar veriləcək”.
O, Bağdadda İran-Ərəbistan danışıqlarının başlamasını müsbət dəyərləndirib və müzakirələrin davam edəcəyinə ümid etdiyini bildirib.
Danışıqların İran və Ərəbistan səfirləri arasında davam etməsi planlaşdırılsa da, Məscidi hələlik danışıqlarda iştirak etmədiyini bildirib.