Bunu “Vaşinqton post” məlumat yayıb.
Bu barədə ABŞ Maliyyə Nazirliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvlərinə məlumat verib.
ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə deyib ki, İranın azad edilmiş aktivlərinin heç bir hissəsi Qətərdə xərclənməyib və İslam Respublikasının ona çıxışı yoxdur.
Bu qərar İranın HƏMAS-ın İsrailə qarşı hücumlarını dəstəklədiyinə görə, Konqres üzvlərinin Bayden administrasiyasına artan təzyiqlərindən sonra qəbul edilib.
Qeyd edək ki, bundan öncə İsrailə hücuma keçən HƏMAS-ın arxasında İranın durduğu və bu təşkilatı Tehranın maliyələşdiridiyi barədə müzakirələri zamanı ABŞ Dövlət Departamenti blokdan çıxarılan 6 milyardın yenidən bloklanacağını istisna etməmişdi.