az

İranın Azərbaycandakı səfirliyində tüstülənmə

İranın Azərbaycandakı səfirliyinin binasında tüstülənmə olub. İlkin məlumatlara görə, tüstülənməyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Binanın 3-cü mərtəbəsində təxminən, 14 kv/m ərazi yanıb.

İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Seyidəli Musəvi səfirlik binasından baş verən tüstülənmə ilə bağlı faktı təsdiqləyib.

O, Oxu.Az-a açıqlamasında bildirib ki, tüstülənmənin qarşısı alınıb:

“Ciddi heç bir hadisə baş verməyib. Binada elektrik naqillərində yaşanan qısaqapanmaya görə tüstülənmə olub. Təhlükəsizlik məqsədilə FHN-nin Yanğından Mühafizə xidmətinə müraciət edilib. Dərha əraziyə gələn əməkdaşlar vəziyyəti nəzarətə götürüb. Artıq hər şey qaydasındadır”.

Related Articles

Bir cavab yazın

Back to top button