Bu barədə “Reuters” yazır. Qeyd olunur ki, ikinci namizəd Xameneinin oğlu Müctəbadır ki, onun namizədliyi Ayətullahın özü tərəfindən dəstəklənmir. Səbəb isə 1979-cu il İslam İnqilabı zamanı monarxiyanın devrildiyi ölkədə irsi idarəçiliyi istəməməsidir.
“Xameneinin irsi idarəçiliyə qarşı çıxması Müctəba Xamenei və İraqın Nəcəf şəhərində yaşayan İslam Respublikasının banisinin nəvəsi Əli Xomeyninin namizədliklərinin aradan qaldırılmasına gətirib çıxaracaq”, – deyə mənbə qeyd edir.
“Rəisinin ölümü hazırda başqa namizədi olmayan rəhbərliyə zərbədir”, – deyə başqa bir mənbə vurğulayıb. Sonuncunun fikrincə, Rəisinin hazırkı Ali Rəhbəri əvəzləməyə hazırlanmasına baxmayaraq, Xameneinin özünün niyyətlərinin dəqiq nədən ibarət olduğu məlum deyil.
Ekspertlər Şurası İranda ölkənin Ali Rəhbərini seçən xüsusi dövlət orqanıdır.