Site icon Aznews TV

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İraqa səfər edib

Bu barədə İran mediası məlumat yayıb.

Səfər zamanı Əhmədian İraqın baş naziri Məhəmməd Şia əl-Sudani və başqa rəsmilərlə görüşəcək.

Onun İraqdakı silahlı qruplaşmaların bəzi komandirləri ilə də görüşü nəzərdə tutulub.

Baş nazir və başqa rəsmilərlə keçirilən görüşlərdə birgə təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılıb.

Bununla yanaşı Tehran-Bağdad təhlükəsizlik sazişi və onun icra prosesinin başa çatması, xüsusilə axtarışda olan şəxslərin İrana qaytarılması ilə bağlı məsələlərndə gündəmdə olduğu bildirilir.

Xaməneinin nümayəndəsinin bir müddət əvvəl SEPAH-ın İraqın şmalındakı Ərbil şəhərinə raket hücumları və onun səbəbləri barədə rəsmi Bağdada izahat verəcəyi qeyd edilib.

Exit mobile version