İran

İranın 3 həbsxanasında 4 nəfər edam olunub

Dekabrın 6-sı Dehdəşt rayonu, Sınandaş (indiki Sənəndəc) və Saqqız şəhərləri həbsxanalarında 4 nəfərin edam hökmü icra olunub.

Məhbusların biri 35 yaşlı Zəbihulla Ərcmənd bu gün səhər Dehdəşt rayonu Mərkəzi həbsxanasında dar ağacından asdırılıb.

Milliyyətcə lor olan Ərcmənd narkotik maddələrin satışı ilə əlaqədar 2019-cu ildə saxlanılaraq barəsində edam hökmü çıxarılıb. Dostlarının deməsinə istinadən o, yoxsulluq səbəbindən narkotik satmağa üz tutub.

Milliyytəcə kürd olan Xalid Ruhi və Sirus Heydəri qəsdən adam öldürmə maddəsi ilə edam hökmləri Sınandaş şəhərinin həbsxanasında icra olunub.

Saqqız şəhəri sakini “zorlama, hədləmə və razılıq olmadan təcavüz” ittihamı ilə edam olunub.

BMT-nin İranda insan haqlarının pozulması barədə hesabatına əsasən ötən illə müqayisədə cari ildə edamlar 98 faiz artıb

Related Articles

Bir cavab yazın

Back to top button