
Atabək Cəfəri bu barədə SEPAH-a yaxın “Təsnim” xəbər ajansına açıqlamasında məlumat verib.
O, habelə etiraf edib ki, İranın bir neçə min kəndində su təchizatı mənbələrinin quruması və layihələrin tamamlanmaması kimi səbəblərdən tələb olunan içməli su səyyar su tankerləri vasitəsilə verilir.
Qeyd edək ki, İranda içməli və suvarma üçün tələb olunan su illərdir ən böyük problemlərdən birinə çevrilib. Hətta məsələnin ciddiyyəti o yerə gəlib çatıb ki, ötən aylarda İsfahanda kəndlilər günlərlə küçələrdə mitinqlər keçirib, lakin bu nümayişlər də digər mitinqlərdə olduğu kimi molla rejiminin xalqa qarşı silah istifadə edərək zorla yatırması ilə nəticələnmişdi. Bütün bu problemlərin qaynağında isə İran hakimiyyətinin suyu düzgün idarə etməməsi dayanır.