Dünya

İranın Əfqanistan və Pakistan sərhədləri qapadılır

 Bu barədə İran ordusunun Quru Qoşunlarının şimal-şərq regional qərargahının komandiri Əmir Rza Azərian məlumat verib:

“Ölkənin şərq sərhədlərinin bağlanması üçün işlər sürətləndirilib və hazırda ordunun dörd mühəndis qrupu və ölkənin dörd podratçı şirkəti 4 metr hündürlükdə divarın çəkilməsinə başlayıb”.

O, Rəzəvi Xorasan ostanının Əfqanıstanla sərhədində 297 kilometr uzunluğunda divarın tikintisinin başlandığını, Sistan və Bəlucistan əyalətində layihənin davam etdiyini də söyləyib.

Bundan əvvəl İranın sərhədi bağlamaq barədə qərarı Taliban hökumətinin etirazı ilə qarşılanıb. Taliban hakimiyyəti sərhədin bağlanmasının yalnız hər iki tərəfin razılığı əsasında baş verə biləcəyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button