Bu barədə İranın keçmiş sənaye naziri Seyyid Mustafa Haşimitəba xəbərdarlıq edib.
O, son ildə İrandan ən azı 280 milyard dollar sərmayənin xaricə çıxarıldığını söyləyib.
Keçmiş nazir bununla yanaşı İranın hər gün 1 milyon barel nefti dünya bazar qiymətindən 20% aşağı satdığını və bununla da hər il təxminən 5 milyard dollar zərər edildiyini bildirib.
Qeyd edək ki, İrandan sərmayə axının əsas səbəbi ölkədə siyasi və iqtisadi durumunun qeyri-müəyyənliyi, ölkənin sərmayəyə dəstək üçün ümumi siyasətinndə mövcud olan boşluqlardır.
Həmçinin ölkədə sərmayə qoyuluşunda riskin yüksək olması və insanların xarici ölkələrdə yaşamaq meylinin getdikcə güclənməsi xaricə kapital axının əsas amilləridir.