Bu barədə Dövlət Sərhəd Xidməti məlumat verib.
“Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirmək istəyən şəxsin Kürdəmir rayon sakini, 57 yaşlı Elxan Abuşov olduğu müəyyən edilib.
Əraziyə baxış zamanı ümumi çəkisi 11 kiloqram 700 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.