Bütün dünyada Koronavirus dönəmindən sonrası danışılır. Ölkələr sürətlə vaksinasyon işlərini yürüdürlər və həyat normala dönür. Ancaq İranda vəziyyət tam tərsinədir. Korona mərizləri və ölülərin sayısı rekord üstünə rekord vurur. Dünən təkcə bir gündə 684 nəfər Korona virus üzündən həyatını itirdi. Mordad ayında 13 min 975 nəfər həyatını itirmiş oldu. İranda bir ay ərzində bir savaşda olduğu qədər insanın ölməsi dəhşətlidir. Bu bir haldadır ki, sağlıq vəzirliyinin öz məqamları ölü sayısının 2 ilə 4 qat daha çox olduğunu bildiriblər. Yəni İranda hər gün minlərlə insan həyatını itirir. Buna qarşı vaksinasyon prosesinin də durumu ağırdır. Hələlik İranda iki doz vaksən vurduran İnsan sayısı 5 milyon civarındadır.
İran vaksinasyon qonusunda da dünyanın getdiyinin tərsinə getdi. Bütün dünyada vaksən alındığı zaman Əli Xamneyi vaksənin alınmasını yasaqladı. Hakimiyyətin hər alanda olduğu kimi vaksən sahəsində də mafiyası iş başına gəldi. Dünyanın daha ucuz və güvənli vaksənini almaq yerinə İran milyarlar israf edərək yenidən özü düzəltməyə qərar verdi. Tehran hakimiyyəti neçə vaksən düzəltdiyi iddia etdi. Ancaq “Bərəkət” adı verdikləri bu vaksəndən belə xəbər çıxmadı. İranın hər tərəfində mərizxanalar tamamən dolub-daşır. Haradasa heç bir şəhərdə yetərli yataq və sağlıq imkanları yoxdur. İnsanlar göz görə-görə həyatlarını itirirlər.
Özəlliklə İbrahim Rəisi iş başına gəldikdən sonra Koronavirus böhranını çözmək üçün geniş bir propaqanda başladılar. Ancaq Rəisinin sağlıq Vəziri olaraq önərdiyi və onun ekipinin də bir iş görə bilməyəcəyi təxmin edilir. Çünkü bu gün İranda Korona böhranı təkcə siyasi iradə ilə də çözüləcək kimi görünmür və ciddi sağlıq imkanlarına ehtiyac var. İran hakimiyyəti uzun illərcə bol sərmayələrə rəğmən yetərincə sağlıq sahəsinə diqqət yetirmədi. Uzman kadrının olmaması və dünya teknolojisinə uyğun imkanların olmaması İranın sağlıq sisteminin çökməsinə səbəb olub. Bu durum Korona kimi böhran qarşısında daha da özünü görsətdi.
hazırda hər gün yüzlərlə insan həyatını itirir və bunun birinci sorumlusu hakimiyyətdir. Başda Əli Xamneyi vaksənin alınmasında etdiyi inad, İranda milyonlarla insanın canını təhlükəyə atdı. Bu duruma etiraz edənlər də hakimiyyətin ağır basqısına məruz qaldılar.
keçən günlərdə Məhəmməd Rza Fəqihi Azərbaycanlı vəkil ilə yanaşı 6 vəkil İranın öz qanunları çərçəvəsində Korona böhranıyla bağlı ehmalkarlıqlar üçün şikayət etmək istədilər, ancaq günlərdir bu vəkillər əmniyyət quvvələri tərəfindən tutuqlanıblar. İran milləti hal-hazırda hakimiyyətin əlində əsir qalıb. On minlərlə insan həyatını itirib və bu vəziyyətə etiraz edənlərin də səsi bastırılır. Dünyanın gözü önündə 21-ci əsrdə 85 milyonun canı bir qrup insanın aldığı qərarlara bağlı qalıb və sözün gerçək mənasında bir insanlıq faciəsi baş verməkdədir.