Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranda ət və ət məhsullarına olan tələbat azalıb

İran Məclisinin Araşdırmalar Mərkəzinin təvərrüm ilə bağlı verdiyi rapora əsasən, 1395-ci illə müqayisədə 1398-ci ildə orta gəlirli ailələrin qırmızı ət məsrəfi yüzdə 30 azalıb. Belə ki, mövcud vəziyyət toyuq və toyuq məhsullarında da qeydə alınıb. Qoyun Əti Satıcıları Birliyinin rəisi açıqlamasında qoyun əti satışının ötən ilə nisbətdə yüzdə 30-35 azaldığını bildirib. Onun sözlərinə görə, bazarda durğunluğun yaranması ət satışı ilə məşğul olanların işlərindən uzaqlaşmasına səbəb olub. Şəhrivərdə qeydə alınan göstəricilərə əsasən, maddi gəliri zəif və orta səviyyədə olan ailələr gündəlik tələbat malları içərisində ət və ət məhsullarından istifadə etməkdən imtina ediblər.

İranın İSPA saytının tərtib etdiyi səsverməyə görə, ailələrin yüzdə 8-i 1398-ci ildən ət və ət məhsullarını məsrəf etmir.

Related Articles

Bir cavab yazın

Back to top button