Bu barədə İranın “Təsnim” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, 25 yaşlı Rəhmətulla Noruzov “üsyan və ölkənin təhlükəsizliyinə təhdid”də ittiham olunub.
Terror aktında bilavasitə əli olmayan daha iki müttəhim 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzalarını çəkdikdən sonra onlar İrandan deportasiya ediləcəklər.
Qeyd edək ki, avqustun 13-də Şah Çıraq ziyarətgahına silahlı hücum edilib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.