Azərbaycanİran

İranda yüzlərlə Universitet müəllimi etiraz bəyanatı yayıb

Onlar hakimiyyətin dinc etirazçılara qarşı şiddətli repressiyalarını pisləyiblər.

200 iranlı universitet müəllimi verdikləri bəyanatda “idarəetmə strukturunda cəmiyyətin böyük bir hissəsinin səsinin eşidilməməsinə, yanlış prosedur və qərarların davam etdirilməsinə” və həmçinin günahsız insanların qanının tökülməsinə etiraz edib.

“Bu arada, təəccüblü olan, zülmə qarşı çıxan, dinc yolla etirazlarını bildirən və dəyişikliklərə nail olmağa çalışan öyrəncilərə qarşı geniş və şiddətli repressiyalar təccüb doğuru”,- deyə, bəyanatda öyrəncilərin həbs edilməsinə etiraz edilib.

Onlar, öyrəncilərin zülmə və yanlış idarəetməyə etirazlarını universitet mühitinin dinamizmini və öyrəncilərin anti-tiraniya, ədalət və azadlıq kimi qiymətli ideallara sədaqətini göstəridiyini yazıblar.

Aralarında nüfuzlu elm adamları və professorların da olduğu məktub müəllifləri sonda həbs edilən öyrəncilərin durumundan narahat olduqlarını və onların dərhal azadlığa buraxılmalarını istəyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button