Bu barədə İranın “Məclis” tədqiqat mərkəzi məlumat yayıb.
Məlumatda ölkə üzrə uşaqların 15%-nin məcburi əməyə cəlb olunduğu və 10% uşaqların isə məktəbə getmədikləri və ya təhsili tərk etməyə məcbur olduqları bildirilib.
İnsan haqları müdafiəçiləri məcburi əməyə cəlb olunması hallarının çoxalmasının əsas amillərindən birinin iqtisadi çətinliklərin və yoxsulluğun artması olduğunu deyirlər.
Onların dediyinə görə, xüsusən son illər bu qəbildən olan uşaqların sayı kəskin artıb.