
Mərkəzi Klinika Xəstəxanası bildirib ki, 92 yaşlı Mixail Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında dünyasını dəyişib.
SSRİ-nin keçmiş rəhbri Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi.
O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi. (report.az)