İran

İranda yoxsullar daxili orqanlarını satmağa məcbur olurlar

Son illər İranda bahalıq, işsizlik və inflyasiyanın artması vətəndaşları məişət problemlərini həll etmək üçün müxtəlif qeyri-adi yollara əl atmağa məcbur edir.

Buna görə də İranın müxtəlif yerlərində bədən orqanlarının satılması halları artıb. Bu qəbildən olan elanlar Güney Azərbaycan bölgələrində də çoxalmaqdadır.

Güneyli sosial media fəallarının paylaşdıqları məlumatlarda Mərənd şəhərində böyrək satışı ilə bağlı elan verilib. Fəallar Mərəndin “Ayətullah Kuhkəmər” xəstəxanası qarşısında böyrək satışı ilə bağlı elan və böyrəyini satışa çıxaranın telefon nömrəsi olan elanın fotosunu paylaşıblar.

Related Articles

Bir cavab yazın

Back to top button