Site icon Aznews TV

İranda vilayət başçısı: Ölkəni tərk etməklə təhdid edən həkimləri özümüz yola salacağıq

İranda Fars vilayətinin başçısı Məhəmməd Hadi İmaniye qəribə açıqlaması ilə gündəmə gəlib.

“Aznews tv”ın xəbərinə görə, o bildirib ki, ölkəni tərk edəcəkləri ilə təhdid edən həkimlər ölkədən çıxıb gedə bilərlər.

O, habelə qeyd edib ki, həmin həkimləri onların elə özləri yola salacaqlar.

Qeyd edək ki, son dövrlərdə çox sayda həkim və elm adamı imkansızlıqdan ölkəni tərk edərək başqa dövlətlərə sığınıblar.

Exit mobile version