2000-ci illərdə İranda orta təbəqənin əksəriyyəti yoxsulluq həddindən də aşağı vəziyyətə sürüklənib.
İran xalqı illərdir özünün və ailələrinin iqtisadi durumundan qorxaraq yaşayır. Yoxsulluq həddinin altına düşmək kabusu uzun müddətdir ailələrə iztirab yaşadır.
Son 20 ildə cəmiyyətin əsas qrupunu oluşduran orta təbəqə yox olub. Bu təbəqənin böyük bir qismi cəmiyyətin yoxsul təbəqəsinə qoşulub.
Yoxsulluq həddi və ya yoxsulluq həddi astanası həyat üçün lazım olan ən az gəlir miqdarıdır. İranın Amar Mərkəzinin verdiyi bilgilərə görə, Tehran kimi böyük şəhərlərdə ən aşağı yaşayış xərci ən az 10 milyon tüməndir.
Bu ən aşağı məbləğ Sistan və Bəluçistan əyalətində 6.5 milyon tümənə və orta əyalətlərdə 8 milyon tümənə çatır.