Azərbaycanın quzeyindən olan doktor Nəsrin Əlizadənin yazdığı “İranda türklərin kimliyi, dünəni və bugünü” kitabı Türkiyədə nəşr olunub.
Doktor Nəsrin Əlizadə təhsilini Ankaranın Qazi Bilimyurdunda bitirib və doktorluq təhsil tezini “İranda türklərin kimliyi, dünəni və bugünü” adlı bir kitabla nəşr etdirib.
437 səhifəli bu kitabı Ankaranın Qutlu Nəşriyyatı çap edib.
Kitabda, İranda çeşidli türk alt-soyları o cümlədən Azərbaycan türkləri, türkmən və qaşqay türklərinin kimlik məsələləri araşdırılıb.
Xanım Nəsrin Əlizadə bu barədə Baydaq Xəbər Portalının jurnalisti ilə danışığında deyib ki, kitabı hazırlamğa Güney Azərbaycanın milli fəalları böyük yardım ediblər.
Güney Azərbaycan məsələsi kitabın təməlini təşkil edir. Azərbaycan türkləri tarixinin İran dövləti tərəfindən danılması və İranda Azərbaycan türkləri və sair türkləri asimilasion etməyə çalışmaları kitabın önəmli mövzularındandır.