Hökumətin təşkil etdiyi etiraz aksiyasına qoşulanlar başda Türkiyə olmaqla, Azərbaycan, Qazaxıstan, İordaniya, Misir və Nigeriyanı Qəzzadakı qətliama dəstək olmaqda ittiham ediblər.
Aksiyaya qoşulanlar əsasən dini mərkəzlərin tələbələri və hakimiyyətin Universitetlərdəki tələbə qurumlarının nümayəndələri olub.
SEPAH və ona bağlı yarımhərbi “Bəsic” üzvləri aksiyada daha çox fəallıq göstəriblər.
Bundan əvvəl noyabrın 6-da da Türkiyənin Təbrizdəki kpnsulluğu qarşısında etiraz aksiyasının keçirilməsi planlaşdırılmışdı.
Bu yerli əhali və sosial media istifadəçilərinin sərt təpkisi ilə qarşılaşdığı üçün, aksiya baş tutmayıb.
Türkiyənin İsrailə qarşı sərt mövqe göstərməsinə baxmayaraq, belə bir aksiyanın keçirilməsi sosial media istifadəçilərinin tənqidlərinə səbəb olub.
“Görünür hədəf İsrail yox Turkiyədir”,- azərbacanlı sosial media istifadəçiləri şərhlərdə yazılıb