Azərbaycanİran

İranda tibb bacılarının etiraz aksiysı davam edir

İranda iki həftə əvvək Kərəc şəhərində başlayan tibb bacılarının etiraz aksiyaları başqa şəhərlərə də yayılıb və bu gün avqustun 27-də də davam edib.

Bu barədə onlar sosial media platformalarında paylaşımlar ediblər.

Bəndər Abbas, Knqan və Qorqan şəhərlərində keçirilən etiraz aksiyalarına polisin müdaxilə, tibb bacıları buna etiraz olaraq hökumətə qarşı şüarlar səsləndiriblər.

Qeyd edək ki, hüquqlarının pozulmasına etiraz edən tibb bacıları bu günə kimi ölkənin 37 şəhərinin 60 xəstəxanasıda işi dayandırıb, aksiyalar keçiriblər.

Səhiyyə sisteminin nümayəndələri və məsul şəxsləri tibb bacılarının işi dayandırmalarının xəstəxanalarda problemlərin artmasına səbəb olduğu deyirlər.

Etirazların qarşısının alınması üçün təhlükəsizlik məmurları tibb bacılarına təhdid mesajları göndərir, onlardan aksiyalara qoşulmamağı tələb edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button