İran

İranda tanınmış mədəni fəala ağır həbs cəzası verilib

İranda Tehran İnqilab Məhkəməsi mədəni fəal Gülrux İbrahimi barəsində qərar çıxarıb.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

“Toplaşmaq və əlbir olmaq” və “hökumətə qarşı təbliğat”da ittiham olunan mədəni fəal 7 il müddətinə azadlıqdan məhrum olunub. Onun həmçinin ölkədən çıxışına, ictimai fəaliyyətinə və Tehranda yaşamasına qadağa qoyulub.

O, haqqında irəli sürülən ittihamları rədd edərək, qərarın İranda etirazçı qadınları qorxutmaq üçün verildiyini bildirib.

Gülrox İbrahimi tanınmış hüquq müdafiəçisi, ictimai fəal və keçmiş siyasi məhbus Arəş Sadiqinin həyat yoldaşıdır.

Qeyd edək ki, qadınların hüquqlarını müdafiə etdiyi üçün bir neçə dəfə həbs edilən Gülrux İrani sonuncu dəfə 2022-ci ilin oktyabr ayında həbs edilib. O, hazırda Tehranın Evin həbsxanasında saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button