
Bu barədə İranın nüfuzlu “Şərq” qəzeti Sosial Müdafiə Təşkilatının keçmiş başçılarından olan Mehdi Kərbasiyana istinadən yazıb.
Kərbasiyan hazırda ölkənin təqaüd fondlarının boşaldığını və bunun qarşıdakı aylarda daha ciddi narazılıqlara səbəb olacağını proqnozlaşdırıb.
Onunla yanaşı, iqtisadçı və İran Birjasnın keçmiş baş direktoru Hüseyn Əbdə Təbrizi də dövlətin təqaüd fondlarının durumu ilə bağlı olan problemləri tam dərk edə bilmədiyini deyib:
“Hökumət tez bir zamanda təqaüd fondlarında islahatlara başlamasa, böyük sosial problemlərlə üzləşəcək”.