Bu barədə tələbə hərəkatı fəalları məlumat yayıb.
Bildirilib ki, tələbə qızların geyim tərzlərinin “islami qaydalara uyğun” olmadığına görə geri qaytarılıblar.
Tələbələrin dərsə buraxılmaması qərarının Universitetin Ümumi Təhlükəsizlik Müdirliyi ilə Universitet Mədəniyyət Şurası, Elm Nazirliyinin nümayəndəsi və Əmir Kəbir Universitetinin rektoru Əlirza Rəhayinin birgə qəarı ilə baş tutub.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian seçkilər ərəfəsi və seçildikdən sonra məcburi hicab qaydalarının yumuşaldılması və dərsdən qovulan tələbələrin hüquqlarının qorunması ilə bağlı vədlər verib.
Pezeşkianın göstəriş və iradlarına baxmayaraq, məcburi hicab qaydalarını pozan qız və qadınlara, xüsusən tələbə qızlara qarşı təzyiqlər artıb.