Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranda səhiyyə işçilərinin tətil aksiyası keçirilir

İran bir qrup səhiyyə sistemi işçisi müraciət yayaraq dekabrın 19-dan 3 gün müddətinə tətil aksiyasına başlayacaqlarını bildiriblər.

Həkimlər və səhiyyə işçləri gənc həkim Ayda Restəminin təhlükəsizlik məmurları tərəfindən öldürülməsinə etiraz əlaməti olaraq işi dayandıracaqlarını qeyd ediblər.

Xatırladaq ki. əslən  İranın Türkmənsəhra mahalının türkmənlərindən olan gənc həkim Ayda Rüstəmi dekabrın 12-də təhlükəsizlik məmurları tərəfindən oğurlanaraq öldürülüb və bir neçə gün sonra meyiti ailəsinə təhvil verilən həkim dekabrın 7-də dəfn edilib.

Qeyd edək i, İranda etiraz aksiyaları başlayandan bu günə kimi Ayda Rüstəmidən başqa daha iki türk həkim, zəncanlı Pərisa Bəhməni noyabrın 4-də Tehranda, məlikanlı Aylar Həqqi isə noyabrın 16-da Təbrizdə hökumət məmurları tərəfindən güllələnərək öldürülüblər.

Related Articles

Bir cavab yazın

Back to top button