Saxlanılanlar “məlumatlar yaymaqla ictimai fikri çaşdırmaq və təşviş yaratmaq”da günahlandırılıblar. Həbs edilənlərin doqquzu kişi, biri isə qadın olub. Habelə onlar barəsində cinayət işi açılaraq məhkəmə orqanlarına təhvil verilib.
Qeyd edək ki, mayın 19-da baş vermiş helikopter qəzasından sonra yüzlərlə insan həbs edilib. Çox sayda iş yerinin fəaliyyətinə qadağa qoyulub və sosial media kanalları bağlanıb.