“İran hökuməti körfəz ölkələrinə qoyun əti ixrac etmək fikrindədir. Bu isə ölkədə qoyun ətinin qiymətinin 130-135 min tümənə qədər yüksəlməsinə gətirib çıxarıb”.
Bunu İranda Qoyun Əti Satıcıları Birliyinin sədri Əliəsğər Məleki deyib.
O, eyni zamanda bildirib ki, ölkədə təkcə son 5 gün ərzində qoyun ətinin qiyməti 10-15 min tümən bahalaşıb.
Qeyd edək ki, İranda kəskin inflyasiya, işsizlik, yoxsulluq, əhalinin böyük hissəsinin mütləq yoxsulluq həddinin altında yaşamağa məcbur olması, maaşların vaxtı-vaxtında verilməməsi, məmur özbaşınalıqları, rüşvətxorluq, din xadimlərinin əhalini sıxışdırması və onların şəxsi həyatına müdaxilələr etməsi kimi yüzlərlə problemlərlə yanaşı, rejimin yanlış siyasəti səbəbi ilə əhali demək olar ki, hər gün yeni qiymət artımları ilə üzləşir. Başları raket və nüvə proqramlarını genişləndirməyə, habelə proksi qruplaşmalarını silahlandıraraq bölgə ölkələrini və beynəlxalq hüquq normalarını təhdid etməyə qarışan Tehran rejiminin başçıları isə ölkədəki problemlərin həllinə yönələn heç bir addım atmır. Bütün bunlara haqlı səsini çıxaran insanları isə saxta ittihamlarla zindanlara atır və işgəncələrə məruz qoyur.