
Xatırladaq ki, Həmid Nuri 1988-ci ilin yayında Kərəc şəhəri Gövhərdəşt Həbsxanasında saxlanılan siyasi məhbusların kütləvi edam edilməsində iştirak üzrə ittiham olunur.
Skotholm məhkəməsi onu ömürlük həbsə məhkum edib.
İslam Respublikasının təməlini qoyan Ruhulla Xomeyninin 1988-ci ildə fətvası ilə minlərlə siyasi məhbus edam olunaraq kütləvi basdırılıb.
Qeyd edək ki, Nuri 2019-cu ilin noyabrında Stokholm şəhəri Arlanda Hava Limanına keçən kimi Beynəlxalq Yurisdiksiya Səlahiyyəti Prinsipinə əsasən saxlanılıb.
Qeyd edək ki, Məhəmməd Müqəyyisə 1988-ci ildə Gövhərdəşt Həbsxanasının rəisi olub.
Mustafa Purməhəmmədi siyasi məhbusalara qırğın zamanı edam hökmləri çıxaran heyətdə Təhlükəsizlik Nazirliyinin təmsilçisi, Sirus Şeyxpur isə Evin Həbsxanasının həmin ildə hakimi olub. Edam hökmləri çıxaran heyət siyasi məhbuslar tərəfindən “Ölüm Heyəti” kimi tanınır.