Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıblar.
Tehranın Evin həbsxanasının 6-cı bölməsində saxlanılan 20 siyasi məhbus yaydıqları bəyanatda ölkədə ölüm hökmlərinin dayandırılmasını tələb edib.
Bir neçə gün öncə Tehranın Evin və Kərəcin Qızıl Hisar həbsxanalarında saxlanılan 61 qadın siyasi məhbus aclıq aksiyasına başlayıb. Aclıq aksiyası siyasi məhbus, 2023-cü ilin Nobel Sülh mükafatı laureatı Zəncanlı Nərgiz Məhəmmədinin çağırışından sonra başlanıb.