Sədat Yəhyavi ilk olaraq 2014-cü il noyabrın 2-də təhlükəsizlik qüvvələri tərəfindən öz evində tutulmuşdu. Evin həbsxanasında 17 gün saxlandıqdan sonra o, zaminə buraxılmışdı.
Tehran İnqilab Məhkəməsi Yəhyavini 2014-cü il noyabrın 2-də həbs edərkən “rejim əleyhinə təbliğat aparmaq” və “milli təhlükəsizliyə qarşı toplaşmaq və sövdələşmə” kimi ittihamlarla doqquz il müddətinə azadlıqdan məhrum etmişdi. Lakin sonradan bu cəza bir ilə endirilmişdi.