Bu barədə Dəmavənd rayonunun polis rəisi İbrahim Bəsabi məlumat verib.
Bildirilib ki, ötən gün çoxsaylı şikayətlərdən sonra İranın paytaxtı Tehrandan şimal-şərqdə yerləşən Dəmavənd şəhristanında kişi və qadınların birgə olduğu toplantıda əməliyyat keçirilib.
Burada müxtəlif narkotik maddələri, spirtli içkilər və psixotrapik dərmanları qəbul etmiş, 135 gənc oğlan və qız saxlanılıb.
Onlardan böyük əksəriyyətinin girov qarşılığında sərbəst buraxıldığı bildirilir.