Site icon Aznews TV

İranda seçki qutularını daşıyan avtomobilə hücum olub, ölən və xəsarət alanlar var

“ANT”xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik xidmətinin iki işçisi həlak olub.

İranın “Press TV” telekanalının məlumatına görə, hadisə zamanı daha beş nəfər yaralanıb. Öz növbəsində, “Fars” agentliyi hücumdan sonra bülletenlərin səslərin sayıldığı vilayət qubernatorluğuna aparıldığını bildirib.

İran ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Exit mobile version