İran əvvəl həbs etdiyi Stena Impero gəmisinin heyətinin bir hissəsini azadlığa buraxıb.
Aznews.tv xəbər verir ki, azad edilən gəmiçilər artıq İranı tərk ediblər və Dubaydadırlar.
Sentyabrın 4-ü onlar Tehrana gəlib və burada BƏƏ vizası alaraq dərhal İranı tərk ediblər.
Onlardan beşi Hindistan, biri – Latviya, digəri isə Rusiya vətəndaşıdır.
Hal-hazırda Stena İmpero gəmisində 16 dənizçi qalır.
Onlar gəminin aqibəti aydın olanadək gəmidə qalacaqlar.
Aznews.tv