Site icon Aznews TV

İranda saxlanılan gəmi heyətinin bir hissəsi Dubaya gəldi

İran əvvəl həbs etdiyi Stena Impero gəmisinin heyətinin bir hissəsini  azadlığa buraxıb.

Aznews.tv xəbər verir ki, azad edilən gəmiçilər artıq İranı tərk ediblər və Dubaydadırlar.

Sentyabrın 4-ü onlar Tehrana gəlib və burada BƏƏ vizası alaraq dərhal İranı tərk ediblər.

Onlardan beşi Hindistan, biri – Latviya, digəri isə Rusiya vətəndaşıdır.

Hal-hazırda Stena İmpero gəmisində 16 dənizçi qalır.

Onlar gəminin aqibəti aydın olanadək gəmidə qalacaqlar.

Aznews.tv

Exit mobile version