
Həmçinin Royterz xəbər agentliyi 5 amerikalı məhbusun İrandan çıxmaları məqsədi ilə Qətərin təyyarəsinə köçürüldüklərini bildirib.
Agentliyin məlumatına əsasən Qətər İran və Amerikaya elan edib ki, İranın 6 milyar dollar zəbt olunmuş vəsaiti amerikalı məhbuslara görə azad olunaraq artıq İsveçdən Qətərə köçürülüb.
“Qətərin sentyabrın 17-də rəsmi məktubuna istinadən İranın Cənubi Koreyada azad olunmuş 5 milyar 573 milyon avro civarında vəsaiti Qətərin Ələhli və Əlduxan banklarında 6 iranlı bankın hesabına köçürülüb.”-deyə həmçinin İranın Mərkəzi Bankının baş direktoru Məhəmmədrza Fərzin vurğulayıb.
Qeyd edək ki, məhbus mübadiləsində ikili iran-amerika vətəndaşlığı olan Siyamək Namazi, İmad Şərqi, Murad Tahbaz və kimliyi qeyd olunmayan 2 digər məhbus azad olunacaq.
Murad Tahbaz həmçinin Britania vətəndaşıdır. Mübadilə olunan 5 məhbusdan birinin qadın olduğu qeyd olunub.
Eləcə də Amerikadan azad olunacaq məhbusların adlarının Kavə Lütfulla Əfrasiabi, Mehrdad Ənsari, Əmin Həsənzadə, Kambiz Əttar Kaşani və Rza Sərhəngpur olduğu vurğulanıb.