Bu qanun layihəsinə əsasən, ölkənin bütün İcra Hakimiyyəti orqanları həftənin beş günü – bazar günündən cümə axşamına kimi iş vaxtını müəyyən etməlidirlər.
Bu qanuna ordu, polis və təhlükəsizlik bölmələri daxil deyil. Həmçinin xəstəxanalar, sağlamlıq mərkəzləri, sosial təminat mərkəzləri, banklar və idman obyektləri kimi dövlət xidmətləri mərkəzləri əvvəlki kimi şənbə günləri də fəaliyyət göstərəcək.
Bu qətnamə icra olunması üçün parlamentin açıq zalında təsdiq olunmalı, sonra isə Keşikçilər Şurası tərəfindən təsdiq edilməlidir.
Qeyd edək ki, hal-hazırda İranda həftədə yalnız bir qeyri-iş günü var, o da cümə günüdür. Yeni layihə qəbul olunsa, iş günləri bazar günündən başlayacaq və cümə axşamı sonlanacaq.