İran

İranda qrip 81 nəfərin həyatına son qoyub

İranda qrip xəstəliyinə yoluxmuş 81 nəfər dünyasını dəyişmişdir. Səhiyyə nazirinin müavini Əlirza Rəisi İRNA rəsmi informasiya agentliyinə bildirmişdir ki, son bir həftə ərzində qrip simptomları olan 8333 nəfər xəstəxanalara müraciət etmişdir. Onların təxminən yarısı çətin nəfəsalma səbəbindən iki gündən çox xəstəxanada saxlanmışdır. Digərləri ambulator müalicə almışdır.

Rəisinin dediyinə görə, ötən həftə İranda 25 nəfər qripin qurbanı olmuşdur. Sentyabrdan bugünədək isə qripdən ölənlərin sayı 81 nəfər təşkil etmişdir.

Nazir müavini bildirmişdir ki, qripi nəzarət altına almaq üçün vətəndaşlar Səhiyyə Nazirliyinin tövsiyələrinə riayət etməlidirlər.

Son aylar İranın Gülüstan, Mazandaran, Kəhquliya-Buyər Əhməd, Kirman və Əhvaz vilyətlərində H1N1 virusuna bir çox yoluxma halları qeydə alınmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button