İran

İranda qeysəriyyə əməliyyatlarının sayı dünya göstəricilərindən yüksəkdir

Hüseyin Həqqai, Təbriz Tibb Elmləri Universitetinin gənclər düşərgəsinin katibi:

Əhalinin azalması və qocalmasının qarşısını almaq üçün uşaqsız və biruşaqlı ailələrdə məhsuldarlığın artırılması lazımdır.

Ölkəmizdə qeysəriyyə əməliyyatı dünyadakı göstəricilərdən yüksəkdir və müvafiq qərarlar alaraq, müdaxilə edərək təbii doğuşa doğru hərəkət etməliyik.

2051-ci ildə ölkənin yaşlı əhalisinin orta dünya səviyyəsindən yüksək olacağı proqnozlaşdırılır və Şərqi Azərbaycan iqtisadi, sosial və mədəni nəticələrlə yaşlı əhalinin artımı baxımından ölkənin beşinci ən böyük vilayətinə çevriləcək.

Xoşbəxtlikdən, minilliyin və davamlı inkişafın mühüm göstəricilərindən biri olan ana ölümü baxımından Şərqi Azərbaycan bütün ölkə üzrə ən aşağı göstəriciyə malikdir.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button