
Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ən yaxın tərəfdaşlarımız Finlandiya və İsveç tərəfindən NATO-ya üzvlük üçün müraciət qərarları haqqında danışdım. Türkiyə dəyərli müttəfiqdir və hər hansı bir təhlükəsizlik narahatlığı həll edilməlidir. Biz bu tarixi anda bir yerdə olmalıyıq”, – NATO baş katibi bildirib.
Xatırladaq ki, İsveçin xarici işlər naziri Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-ya üzvlük müraciətlərini müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Türkiyə Finlandiya və İsveçi PKK terror təşkilatı ilə əlaqələrdə ittiham edir.
Ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun diplomatik departamentlərinin rəhbərlərinin görüşündə Finlandiya və İsveçin PKK terror təşkilatı ilə əlaqələrilə bağlı narahatlığını tərəfdaşlarının diqqətinə çatdırıb. O, qeyd edib ki, Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, terroru dəstəkləyən ölkələrə qarşı çıxır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, rəsmi Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq, çünki iki ölkə respublikanın terror təşkilatlarının üzvlükdə şübhəli bilinən şəxslərin ekstradisiyası tələbini yerinə yetirməkdən imtina edib. (report.az)